28 Avqust 2015 23:23
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində təqsirli bilinən Habil Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Habil Əsgərovun həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu aşkar edilib.

Polis əməkdaşları onun yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 5 kiloqram 167 qram marixuana aşkar edərək götürüblər. İstintaqa ifadə verən Habil Əsgərov tutduğu əməldən peşman olduğunu, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkib-becərdiyini bildirib: “Şeytan məni yoldan çıxartdı, əməlimdən peşmanam. Gərək əkməzdim”.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Habil Əsgərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər