Bakının Səbail rayonunda Əfqanistan və Türkiyə vətəndaşlarına qarşı dələduzluq edilib.
Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsindən Teleqraf.com-a verilən məlumata görə, Qazax rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Rövşən oğlu Dilbazi Əfqanistan vətəndaşı, 1979-cu il təvəllüdlü Mahammadi Jafar Muhammadi Rza oğluna qarşı dələduzluq edib.
O, Əfqanistan vətəndaşının etibarından sui-istifadə edərək 2750 manatını alaraq mənimsəyib.
Bundan başqa, Elmir Dilbazi Türkiyə vətəndaşları – 1946-cı il təvəllüdlü Acımış NecatAbdulazizi oğlundan 450 manat, 1972-ci il təvəllüdlü Çelik Mustafa Ehmed oğlundan 520 manat, 1962-ci il təvəllüdlü Soyğun Nehat Elem oğlundan 1000 manat, 1971-ci il təvəllüdlü Güzelsu Cetin Hüseyn oğlundan 2050 manat, 1960-cı il təvəllüdlü Catunqurd Muhammed Süleyman oğlundan 500 ABŞ dolları alaraq qaytarmayıb.
Faktla bağlı cinayət işi başlayıb.
Hacı Zeynalov