13 Noyabr 2015 23:35
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda oğurluq edən şəxslər yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Pənah Əlifqanov və Eldəniz İsayev tutulublar.

Onlar noyabrın 10-da Daşdəmir Cavadova məxsus yardımçı təsərrüfatdan 100 kiloqram fındıq oğurlamaqda şübhəli bilinirlər.

Hacı Zeynalov


Müəllif: