13 Yanvar 2016 21:51
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Marif Babayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Məhkəmənin hökmü ilə Maarif Babayev 10 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2015-ci ilin sentyabr ayının 11-də Binə qəsəbəsi Bünyadzadə küçəsində baş verib. 1981-ci il təvəllüdlü Marif Babayev qəsəbə sakini 1980-ci il təvəllüdlü Rauf Rzayevi bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatınl xilas etmək mümkün olub. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maarif Babayev tutulub.

İlkin məlumatına görə, Maarif Babayev qeyri rəsmi nigahda yaşadığı qadını Rauf Rzayevlə görüb və onu bıçaqladıqdan avtomobilini götürüb. O, cinayəti qısqanclıq zəminində törətdiyi bildirib.

Hacı Zeynalov


Müəllif: