21 Yanvar 2016 09:40
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında paytaxtın "Anadolu" restoranında yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan "Anadolu" restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın saat 03:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: