27 Yanvar 2016 15:09
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Nübar qəsəbəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini Vitaliy Aslanxanov idarə etdiyi “Lexus” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə o və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: