Bakının Binəqədi rayonunda axtarışda olan şəxs məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, axtarışda olan 1981-ci il təvəllüdlü Faiq Səfərov tutulub.
Faiq Səfərov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Oxşar əməliyyatı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən də keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1958-ci il təvəllüdlü Elman Əliyev həbs edilib.
Bundan başqa, Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1959-cu il təvəllüdlü Sahib Əliyev və Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, 1974-cü il təvəllüdlü Bəxtiyar Novruzov tutulublar. Hər iki şəxs dələduzluq etdiyi üçün axtarışda olub.
Hacı Zeynalov