10 May 2014 13:00
1 914

Türkiyənin tanınmış sənətçisi Burcu Güneş Bakıda konsert verib.

Teleqraf.com xəbər verir ki, sənətçi Nərimanov rayonunda ümumilli lider Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan konsert proqramında çıxış edib.

İfaçı repertuarında yer alan köhnə və yeni mahnılarını ifa edib. Bir neçə gün öncə Gəncədə səhnəyə olduqca qısa geyimdə çıxan Hadisədən fərqi olaraq, Burcu tamaşaçılar qarşısında uzun, ağ rəngli paltarda oxuyub.

Qeyd edək ki, konsert proqramında həmçinin yerli şou-biznesin bir sıra nümayəndələri də çıxış edib.
Axşam.az-ın konsertdən olan fotolarını təqdim edirik.

Aytən Həsənova


























Müəllif: