8 İyul 2015 21:54

“Danışan kitab” müxtəlif janrlarda olan yerli və xarici, klassik və müasir, müxtəlif ədəbiyyatları özündə birləşdirən audio kitabxana layihəsidir.

“İrəli”dən Teleqraf.com-a bildiriblər ki, layihə görmə qüsurlu insanlara, həmçinin kitab oxumağa vaxtı, fürsəti olmayan şəxslərə daha əlverişli imkan yaradacaq.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi ilə həyata keçiriləcək.

İlkin mərhələdə bir neçə janrdan ibarət, keçirilmiş sorğu nəticəsində müəyyənləşmiş kitablar könüllü şəxslər tərəfindən studiyada səsləndiriləcək. Audio formatında olan kitablar vahid elektron audio kitabxanada - www.danishankitab.az saytında yerləşdiriləcək ki, burada həmin audio kitabları onlayn şəkildə dinləyə və ya yükləyə biləcəklər. Həm də audio kitablar disklər şəklində tərəfdaş olacaq kitab mağazasına veriləcək.

Saytda yerləşdirilən audio kitablarla yanaşı, həmin kitablar haqqında tənqidçilərin, məşhur bloggerlərin fikirləri, kitabların satış rəqəmləri, sayt üzrə reytinq cədvəli, yazıçı haqqında məlumatlar və s. bölmələr yerləşdiriləcək. Sayta girmiş hər bir istifadəçi kitab və sayt barədə şərh yaza, təklif və iradlarını bildirmə imkanını əldə edəcək.

“Danışan kitab” layihəsi üçün səsyazmalara start verilib.


Müəllif:
Загрузка...