26 Aprel 09:54
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk vilayətinin Çasiv Yar şəhərini ələ keçirmək üçün real təhlükə yaradıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Analitiklər deyirlər ki, Çasiv Yarın işğalı ruslara Donetskdə Ukrayna Silahlı Qüvvələrinin önəmli müdafiə kəmərini təşkil edən şəhərlərə qarşı hücuma keçməyə imkan verəcək. İnstitutun fikrincə, bu, həm də yaxın gələcəkdə Rusiya qoşunlarına əməliyyat baxımından ciddi irəliləyiş imkanı yaradır.

Bundan əlavə, Avdivin qərbində hücum əməliyyatları ruslara taktiki üstünlüklər verə bilər. Şəhərdəki Rusiya qüvvələri Pokrovskdakı əməliyyat xəttindən təxminən 30, şərqdə isə nisbətən böyük kəndlərdən təxminən 17 km aralıdadır.

Hazırda ən ciddi təzyiq Çasiv Yar istiqamətindədir. Şəhərin şərq ətrafında olan Rusiya orudusu martdan etibarən hücumları gücləndiriblər.

Rusiya qüvvələri ABŞ-nin hərbi yardımı gələnə qədər mümkün qədər çox ərazi ələ keçirməyə çalışır. Xüsusən də Rusiya hərbi komandanlığı Avdiv şəhərinin şimal-qərbində hücumlarını intensivləşdirə bilər.

Analitiklər Çasiv Yarın işğalının Donetskin sonuncu şəhərlərinin ələ keçirilməsini asanlaşdıracağı qənaətindədir.


Müəllif: Mənsur Rəğbətoğlu