27 İyul 2016 01:12
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin paytaxtı Ankaranın mərkəzi meydanı olan Kızılayın adı dəyişəcək.

Teleqraf.com Anadolu agentliyinə istinadən xəbər verir ki, meydan iyulun 15-də hərbi çevrilişə cəhdin qarşısı alınması zamanı şəhid olmuş Türkiyə vətəndaşlarının xatirəsinə "15 İyul Qızılay Demokratiya Meydanı" adlandırılacaq.

Təşəbbüs Ankaranın meri Melih Gökçek tərəfindən irəli sürülüb. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının qarşısındakı meydan isə "15 İyul Şəhidləri Meydanı" adlandırılacaq.


Müəllif: