28 May 2017 22:43
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bütün beynəlxalq uçuşlara laptop qadağası qoya bilər.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ daxili işlər naziri Con Kelli "Fox News" kanalına müsahibəsində bildirib. Hazırda bir neçə ölkə, o cümlədən Türkiyə üçün nəzərdə tutulmuş qadağanın miqyası gələcəkdə genişlənə bilər.

Con Kelli bildirib ki, terrorçular ABŞ təyyarələrini partlatmaq barədə düşünürlər. Bunun qarşısını almaq üçün atacağımız addımlardan biri bəzi texnoloji qurğuların daşınmasına qadağa qoymaqdan ibarətdir.


Müəllif: Teleqraf.com