29 May 2017 15:08
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hava Qüvvələrinə məxsus CN-235 hərbi təyyarəsi Rusiya səması üzərində nəzarət uçuşları həyata keçirəcək.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin Nüvə Riskinin Azaldılması Mərkəzinin rəhbəri Sergey Rıjkov bildirib ki, türk hərbi təyyarəsində türk və norveçli hərbi müşahidəçilər olacaq.

Açıq Səmalar Sazişi çərçivəsində baş tutacaq nəzarət uçuşları 29 may-2 iyunda həyata keçiriləcək.

Rıjkov deyib ki, rus hərbçi mütəxəssislər də bu yoxlamalar zamanı türk və norveçli mütəxəssislərə qatılacaq. Məqsəd isə Açıq Səmalar Sazişinə uyğun olaraq uçuş parametrlərinə riayət olunmasına və nəzərdə tutulan vasitələrin istifadə edilməsinə nəzarətdir.

Rıjkov qeyd edib ki, CN-235 tipli hərbi təyyarə silahla təmin edilməyib, onda yalnış müşahidə üçün aerofotoaparatlar quraşdırılıb.


Müəllif: Cavad