18 İyun 2017 12:59
987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində açılan İbn Rüşd Göte məscidi artıq fəaliyyətə başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, adını şərq və qərbin dahilərinin vəhdətindən götürən məscid digərlərindən olduqca fərqlənəcək. Seyran Atəş adlı türk tərəfindən qurulan məscidə başlarını örtən qadınlar buraxılmayacaq.

Açılışını və ilk namazı özü qılan Atəş, başı bağlı qadınları içəri buraxmama səbəbini terrorla əlaqələndirib. O, bu məscidin qadın, kişi, sünni, şiə və homoseksualların yan-yana dua edə biləcəyi yer olacağını bildirib. Atəş, bu məscidin ərsəyə gəlməsi üçün 8 il çalışdığını, müsəlmanların artıq, dini qarşıdurmaları buraxıb, sülh və birlikdə yaşaya biləcəkləri yer yaratmaq istədiyini vurğulayıb.

Məscid Moabit rayonundakı Seynt İohannis protestant kilsəsinin üçüncü mərtəbəsində yerləşir.


Müəllif: İlhamə Əbülfət