22 Avqust 2017 20:39
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arxeoloqlar Misirdə monaxların yaşadığı böyük kompleks aşkarlayıblar.

Teleqraf.com xəbər verir ki, Əl-Minya şəhərinin yaxınlığında yerləşən kompleks eramızın V əsrinə aiddir.

Ümumi sahəsi 3500 kvadrat metr olan ərazidə arxeoloqlar çoxlu ölüm kameraları aşkarlayıblar. Bundan başqa gildən hazırlanmış rahib evlərinin qalıqları aşkar olunub.

“Bu fakt göstərir ki, Əl-Nassarın nekropolunun yaxınlığında arxeoloji sahə keşişlərin kompleksi idi”, - deyə Qədim Misir İdarəsinin rəhbəri Camal Əl-Səməstvavi deyir.

Hesab olunur ki, Misirə xristian rahiblər IV əsrin əvvəlində gəliblər.


Müəllif: Səxavət