10 Dekabr 2017 10:41
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın baş naziri Heydər İbadi hüquq-mühafizə orqanlarının Suriya-İraq sərhədlərini nəzarətə götürdüyünü və İŞİD-lə müharibənin başa çatdığını elan edib.

Teleqraf.com xəbər verir ki, baş nazir bunu Bağdadda keçirilən beynəlxalq media konfransında çıxışı zamanı deyib:

“Düşmənimiz mədəniyyətimizi yox etmək istəyirdi, ancaq birliyimiz və əzmimizlə biz qalib gəldik”.

Qeyd edək ki, İraq dövlətinin İŞİD-lə mübarizədə əsas fiqur olan general Əbduləmir Yarullah da ölkə ərazisinin İŞİD-dən təmizləndiyini bəyan edib.


Müəllif: Cavad