20 Yanvar 2018 09:33
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın Davtaşen bölgəsində dəhşətli partlayış baş verib.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, hadisə rayondakı yanacaqdoldurma məntəqəsində baş verib.

Olay zamanı 3 avtomobil zərər görüb. Hadisə nəticəsində xəsarət alan 2 nəfər xəstəxanaya çatdırılıb.

Hadisənin səbəbləri məlum deyil.


Müəllif: Samir