27 May 2018 09:00
2 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

KXDR lideri Kim Çen İn ABŞ Prezidenti Donald Trampla görüşməyə tam qərarlı olduğunu bildirib.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, o, bu barədə Cənubi Koreya lideri Mun Çje İnlə şənbə günü keçirdiyi görüşdən sonra bildirib.

Kim Çen həmkarına iyunun 12-də ABŞ və KXDR liderlərinin sammitinin təşkili üçün böyük səy göstərdiyinə görə təşəkkürünü də bildirib.


Müəllif: Nahid