8 İyul 2014 11:49
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada keçirilən futbol üzrə dünya çempionatı zamanı məşhur porno saytların izləyici sayı kəskin aşağı enib.

Alınan məlumata görə, dünya çempionatının matçları zamanı bütün dünyada porno sayta daxil olanların sayı aşağı düşür, lakin matç bitəndən sonra izləyicilərin sayı yenidən qalxır. Bu tendensiya daha çox komandası məğlub olan ölkələrdə sezilir.

Porno saytların birində aparılmış tədqiqat nəticəsində məlum olub ki, Braziliya-Xorvatiya matçı zamanı porno izləyicilərinini sayı 60-75 faiz arası enib. Bu göstəriciyə Almaniya-Portuqaliya matçı zamanı da rast gəlinib.

Qeyd olunur ki, insanlar daha çox komandası məğlub olduqdan sonra pornoya baxır. Bu məsələdə yalnız İtaliya yığması istisnadır. İtaliya İngiltərəyə qalib gələndən sonra bu ölkədə adi günlərə nisbətdə daha çox pornoya baxıblar.

/publika.az/


Müəllif: