18 İyul 2014 12:41
929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş nazir Artur Rasizadə diplomatlarla bağlı qərar verib.

Teleqraf.com bildirir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, qərar xarici ölkələrin diplomatik nümayəndəlik və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin, həmçinin Azərbaycana diplomatik missiya ilə səfər edən əcnəbilərin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələrinin təsdiq edilməsi barədədir.

Baş nazirin imzaladığı qərarla yuxarıda qeyd edilən diplomatlara və nümayəndə heyətlərinin üzvlərinin qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiq edilib. A.Rasizadənin imzaladığı bu qərar 30 gündən sonra qüvvəyə minəcək.


Müəllif: