14 Aprel 2014 16:25
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda 1954-cü il təvəllüdlü Tutu Musayeva qısqancıq zəminində gəlini 24 yaşlı Aysel Musayevanı bıçaqlayıb.

Teleqraf.com xəbər verir ki, Aysel Musayeva ağır vəziyyətdə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Tutu Musayeva tutulub.

İstintaqa ifadə verən 60 yaşlı qadın törətdi cinayəti etiraf edib. O, deyib ki, oğlu bir neçə ildir çörək pulu qazanmaq məqsədilə Rusiyaya gedib. Evdə ərsiz qalan 24 yaşlı gəlin əxlaqsız yola düşdüyünü görən qayınana dəfələrlə gəlinin yoldan çəkindirmək istəyib. Lakin gəlin düşdüyü yoldan dönməyib. Buna görə də 60 yaşlı qadın oğlunun namusunu bıçaqla qorumaq istəyib. Qayınana gəlininə bir neçə bıçaq zərbəsi vurub. Vaxtında 24 yaşlı gəlin xəstəxanaya çatdırıldığı üçün həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif: