12 Oktyabr 01:34

İndoneziyanın Yava adasının sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, yeraltı təkanların episentri Depok şəhərindən 113 kilometr cənubda, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. /Trend/


Müəllif: Teleqraf.com