Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb.
N.Səlifov adam oğurluğu və hədə-qorxu ilə başqasından pul almaqda təqsirli bilinir.
İstintaqın versiyasına əsasən, N.Səlifov Moskvada insanların oğurlanması və onlardan pul alınması üçün əmr verib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur.
Bildirilir ki, istintaq materiallarına Cinayət Məcəlləsinin 210-u (“cinayət təşkilatının yaradılması”) maddəsi də əlavə oluna bilər.
N.Səlifovun hazırda Türkiyədə yaşadığı bildirilir.