14 Yanvar 11:08
79

Bakıda yol nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda VAZ markalı minik avtomobili yol qəzası nəticəsində yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Şəfiqə