12 Fevral 22:58

ABŞ prezidenti Donald Trampın gəlini Vanessa Tramp içində naməlum ağ tozun olduğu zərfi açdıqdan sonra xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABC telekanalı Nyu-York polisinə istinadən məlumat yayıb.

Bildirilir ki, zərf Trampın oğlunun evinə göndərilib. Zərfi açdıqdan sonra Vanessanın səhhətində problemlər yaranıb. Xəstəxanaya çatdırılan qadın dərhal ilkin müayinə edilib.

Polis Vanessa Trampın həyatına heç bir təhlükə olmadığını bildirib.

Faktla bağlı təhqiqat aparılır.


Müəllif: Ayxan
Загрузка...