29 Aprel 2014 12:32

Aviqdor Libermanın Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub

Bu gün İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri başlayır.

Teleqraf.com-un məlumatına görə, səfər çərçivəsində A.Libermanın prezident İlham Əliyevlə görüşü gözlənilir.

İsrail xarici işlər naziri A.Liberman həmçinin baş nazirin birinci müavini Yaqub Eyyubov, milli məclisin sədri Oktay Əsədov, müdafiə naziri Zakir həsənov, xarici işlər naziri Elmar Məmmədyarov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov ilə görüşü gözlənilir.


Müəllif: