12 May 2014 18:11
955

Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyi bəlli olub.

Parlamentin mətbuat katibi Akif Təvəkküloğlunun Modern.az saytına verdiyi məlumata görə, növbəti plenar iclasın gündəliyə 7 məsələ daxil edilib.

Deputatlar 16 may tarixində aşağıdakı qanun layihələrini müzakirəyə çıxaracaqlar:

“Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi;

Vergi Məcəlləsində dəyişikliklərin edilməsi;

“Torpaqlarının dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklik edilməsi;

“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında qanun”un ləğv edilməsi;

“Körpələr evlərinə, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” Qanunun ləğv edilməsi;

“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliyin edilməsi;

Nizami Gəncəvi adına qızıl medalının təsis edilməsi ilə əlaqədar “Orden və medalların təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi.

Gültəkin ƏLƏSGƏR


Müəllif: