3 İyun 2014 18:14

“Fənərbaxça” ilə müqaviləsi başa çatan və hazırda transfer danışıqları aparan Caner Erkinlə bağlı qəribə xəbər yayılıb.

Teleqraf.com xəbər verir ki, "sarı-göylü"lərin rəhbəri Aziz Yıldırım futbolçunu çağırıb- “Bu qız sənə zərər verir. Boşan ondan”-deyib.

Caner Erkin isə atası kimi gördüyü Yıldırıma belə cavab verib:

“Arvadımla danışdım. Məni inandırdı. Ona sonsuz güvənirəm”.

İddialara görə, yaşadıqları çətin günlərin ardından bir çox yoldaşları ilə münasibəti kəsən Caner Erkinin yoldaşı Asena Erkin - "Biz buralarda rahat deyilik. Avropada bir komanda tap, ora gedək”- deyib.

Aygün İlqarqızı


Müəllif: