19 Aprel 2014 12:07
1 592
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın oyunçusu Anxel di Mariya "Barselona"lı ulduz Lionel Messiyə dəstək olub.

Teleqraf.com xəbər verir ki, Anxel di Mariya Kataloniya klubunun uğursuz çıxışı səbəbindən yalnız Messinin tənqid olunmasını düzgün aymayıb. Anxel Di Mariya Argentina yığmasındakı komanda yoldaşına dəstək verib:

"Messi çox yaxşı və sakit insandır. Əslində uğursuz oyun nümayiş etdirmir, rəqiblər onu zərərsizləşdirir. Mətbuatda ən çox tənqid olunan Messidir.

Komanda olaraq “Barselona” yaxşı oynaya bilmir. Kataloniya klubunun uğursuz çıxışının səbəbi də budur”.

Qeyd edək ki, Kubokun finalında 1:2 hesabla “Real”a məğlub olan “Barselona”nın futbolçusu Messiyə zədəli olduğu üçün meydana çıxmayan Ronaldo da dəstək olmuşdu. Bu görüntü də kameraların gözündən yayınmamışdı.

Aygün İlqarqızı


Müəllif: