23 May 2017 13:00
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə 4 min hektardan çox ərazi yaşıllaşdırılıb.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, yaşıllaşdırılan ərazinin 2 min hektardan çoxu zeytun ağaclarıdır: "Zeytun ərazilərini 5 min hektara çatdırsaq, Azərbaycan xaricidən zeytun məhsulu idxal etməyəcək".

Nazir bildirib ki, Azərbaycanda püstə, badam ağacları da əkilib:"Bu ağacların ana bağları Azərbaycanda itirilmişdi. Biz ağacları büdcədən vəsait almadan xaricidən daxili imkanlar hesabına gətirdik".

Hüseyn Bağırov qeyd edib ki, hazırda nazirlik dəniz suyunun şirinləşdirilməsini həyata keçirir: "Nəticədə sutkada 7 min kub içməli su istehsal ediləcək. Xəzərdə ən müasir şirinləşdirmə müəssisəsi Salyan ərazisindədir. Bu dəqiqə orada içməli su kimi istifadəyə icazə yoxdur deyə ancaq zeytun ağacları suvarırıq.

Artıq 1 milyon zeytun tingini Türkiyədən, İtaliyadan gətirmirik. Bizim zeytunların sortu yaxşıdır. Niyə Azərsun keçən il 101 ton zeytun istehsal etdi? Bu sahədə təcrübəmiz az idi"

Nazir qeyd edib ki, hazırda çox şirkətlər aqropark yaradırlar: "Biz onlara 5-6 dəfə ucuz zeytun tingləri verməyə hazırıq. Bütövlükdə 7 min hektarlıq aqro-meşələrimiz var. Yaxın 5 ildə 96 milyon meyvə tingi yetişdirəyəcik. 56 mini bizə bəsdir, qalanını münasib qiymətə satacağıq".


Müəllif: İlhamə Əbülfət