12 İyul 2015 10:59

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bakıda yeni avtomobil yanacaqdoldurma məntəqəsinin (YDM) tikintisinə başlayıb.

Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.

Onun sözlərinə əsasən, SOCAR brendi altında yeni YDM Dərnəgül şosesində yerləşəcək.

Məndə bildirib: "YDM-nin yerləşəcəyi sahəni seçmişik, hazırlamışıq və artıq tikintiyə başlamışıq. Daha bir YDM gələcəkdə Nobel prospektində tikiləcək, orada sahənin tikintiyə hazırlanması üzrə işlər gedir".

Hazırda ölkədə SOCAR-ın 16 YDM-si fəaliyyət göstərir.


Müəllif:
Загрузка...