15 Avqust 2017 16:29
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Kərim Abbasovun yeni doğulan övladı Yusiflə tez-tez foto paylaşması, digərini isə daha az göstərməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, sənətçinin böyük oğlu Səidlə foto yerləşdirməməsi izləyicilərin diqqətini çəkib. Kərim ona ünvanlanan suallara sərt cavab verib:

“Sözüm bəzi ağzıqara və özünü ağıllı kimi göstərənlərədir. Şərhlərdə lazımsız suallar yazırlar: "Hanı sənin o biri oğlun? Niyə onu göstərmirsən? O sənin doğma övladın deyil?” kimi bəzi dəxli olmayan suallar...

Sizə cavab verirəm. Seyid mənim öz övladımdır və ya deyil, bundan kimə nə? Onu övladlığa götürmüşəm, yaxud da zibillikdən tapmışam, sizə nə? Sizə kim bu ixtiyarı verib? Yoxsa Seyidi siz geyindirib, siz dolandırırsınız?

Bölüşərəm, ya yox, bu mənə aiddir. Gedin öz övladınızın gələcəyi haqqında düşünün. Mənim Seyidimin isti-soyuqluğu heç kimə qalmayıb”.

Qeyd edək ki, Kərim Təranə adlı xanımla ailəlidir. Cütlüyün 2 oğlu var.


Müəllif: Könül