23 Mart 2015 10:51
2 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xumar Qədimovanın ATV telekanalına geyindiyi açıq-saçıq geyimi müzakirələrə səbəb olub. Müğənni geyimini yenə də həmin telekanalda şərh edib.

Publika.az xəbər verir ki, ifaçı açıq-saçıqlığı qəbul etdiyini, lakin estetik zövqü korlamamağı üstün tutduğunu bildirib.

“Müğənni qısa da, uzun da geyinə bilər. Əsas odur ki, estetik cəhətdən göz oxşasın ə vulqar görünməsin. Əgər estetik cəhətdən gözə xoşdursa, qoy olsun. Müğənni öndə olmalıdır. Geyimi yox. Müğənninin sənəti öndə olsun, geyimi fərq etməz. Mən bu paltarla efirə çıxanda ətəyi də, sinəsi də açıq idi. Sonra mən sinəsini bağladım. Fikirləşdim ətəyi açıqdırsa, sinəsi bağlı olmalıdır. Yox, əgər sinə açıqdırsa, artıq ayaqlar bağlı olmalıdır. Tam açıqlıq qadını adiləşdirir”.


Müəllif: