2 Aprel 2016 11:19

Türkiyənin məşhur müğənnisi Ebru Gündeş iranlı həyat yoldaşı Rza Zərrabın Amerikada həbs edilməsinə görə konsertlərini təxirə salmayacağını bildirib.

Teleqraf.com xəbər verir ki, Ebru Gündeş Kipr, İstanbul, İzmir və Antalyada bu ay baş tutacaq konsertlərini ləğv etməyəcək: “Sənətim hər şeydən üstündür, 9 konsertimi də keçirəcəyəm”.

Sənətçi konsertlərinə görə Rza Zərrabın aprelin 4-də Mayamidə keçiriləcək ilk məhkəmə prosesinə də qatılmayacağını bildirib.

Bəkir


Müəllif:
Загрузка...