15 İyun 23:32
260

1993-cü il iyunun 15-də müasir Azərbaycan tarixində yeni səhifə açıldı. Heydər Əliyev şəxsiyyəti olmasaydı, indi Azərbaycan dövləti yox idi.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar qeyd edib.

Onun sözlərinə görə, Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycan həmin dövrdə real olan vətəndaş müharibəsi və dövlət müstəqilliyini itirmək təhlükəsindən qurtuldu: “Heydər Əliyev siyasəti Azərbaycana müasir inkişaf, böyük uğurlar və vətəndaşlara öz dövlətinə inam gətirdi. Azərbaycan Heydər Əliyev yolu ilə getdikcə həmişə uğur qazanacaq. Ulu Öndər, xalqımız Sizə həmişə borcludur və xatirəniz bizim üçün həmişə əziz olacaqdır”.


Müəllif: Kəmalə