13 Avqust 2017 13:29
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diktatura Kim Çen In üçün azdır, o, tarixdə yaponlardan sonra Amerikaya hücum edən lider kimi qalmaq istəyir. Elə bilir ki, uşaq oyunudur.

Teleqraf.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu Şimali Koreya liderinin ABŞ-a yönəlik son bəyanatlarını və Birləşmiş Ştatlarla bu ölkə arasında yaşanan gərginliyi şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, Kim İr Sen nəvəsi qədər təhlükəli deyildi: “Hətta Pxenyanda amerikalıları qəbul edib üzlərinə gülürdü. Elə oğlu da başını aşağı salıb diktaturasını gücləndirməklə məşğul olur, ətrafını qorxutmurdu. Nə oldusa, nəvəyə oldu”.

E.Şahinoğlu qeyd edib ki, Trampa reytinqini artırmaq üçün balaca müharibə lazımdır: “Yaponlara, vyetnamlılara yazığı gəlməyən amerikalılar koreyalıların da başına uf demədən bombalar yağdırar”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ-ın hərbi arsenalının Şimali Koreya ilə döyüşə hazır olduğunu bəyan edib.


Müəllif: Nərgiz