17 Fevral 2018 14:42
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya “Normand dördlüyü”nün xarici işlər nazirlərinin növbəti görüşü üçün bir neçə variant təklif edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, görüşün keçiriləcəyi vaxtla bağlı hələlik heç bir razılıq əldə edilməyib:

“Dünən biz görüşə hazır idik. Ancaq gözlənilmədən alman həmkarımız Berlinə dönməli oldu. Bu gün bir neçə variant təklif etdik. Hələlik gözləyirik”.


Müəllif: Teleqraf.com