30 May 2017 09:15
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biznesmen Əlişir Usmanov özünün “Vkontakte” sosial şəbəkəsindəki hesabında müxalifətçi Aleksey Navalnıya vidomüraciəti ilə bağlı parodiya müsabiqəsi elan edib.

Teleqraf.com xəbər verir ki, milyarder yazıb: "Videomüraciətimin bu qədər böyük diqqət çəkdiyini görməkdən xeyli xoşhalam. Mən səmimi şəkildə azad ünsiyyətin inkişafında və sosial şəbəkədə yaradıcılığın olmasında maraqlıyam. Zarafatı və yumoru çox yüksək qiymətləndirirəm və videomüraciətimə stiker, karikatura, parodiya və video roliklərlə reaksiya verilməsinə şadam".

Ə.Usmanov həftədə bir dəfə ən uğurlu rolikləri seçəcəyini və qalibi "iPhone 7Plus" və avtoqraflı futbol köynəyi ilə mükafatlandıracağını bildirib.

Səxavət


Müəllif: Teleqraf.com