24 Aprel 2014 15:18
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Azad Yaşarın “Gündəlik Teleqraf” qəzetinə verdiyi müsahibə birmənalı qarşılanmayıb. Onun Xəlil Rza ilə bağlı dediyi fikirlər etirazla qarşılanıb: “Müşfiq bilirmiş ki, Sovet dövrünün axırı yoxdur. Bunu bilə-bilə ideologiyanı tərifləyən şeirlər yazıb. Bizim bayraq şairimiz Xəlil Rza Ulutürk də 26-lar haqqında poema yazmışdı”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Teleqraf.com-a açıqlamasında bu fikirlərlə razılaşmadığını deyib: “Ona qalsa Rəsul Həmzətov Şeyx Şamilin əleyhinə yazılar yazmışdı. Yaşa dolduqdan sonra səhvini anladı və bunu etiraf etdi. Bu mənada Sovet rejimi hamını əyirdi, hamını sındırırdı. Təkcə Xəlil Rzanı deyil, ondan əvvəlki şairləri də inandırırdılar ki, 26-lar bizim babamız olub. Onların Bakıda törətdikləri qırğınları gizlətmişdilər. Camaatın gözü yumulmuşdu. Hamı inanırdı ki, 26-lar bu xalqın taleyində ciddi rol oynayıb. Az-az adamlar var idi ki, onların mahiyyətini, işğalçılığın simvolu olduğunu bilirdi. Ola bilsin ki, Xəlil Rza da ömrünün hansısa hissəsində özünü qorumaq üçün bu cür yazılar yazıb. O, bir çox hallarda milli sözünü demək üçün pərdə çəkirdi. O, dövrün xarakteri belə idi. Tək-tək adamlar var idi ki, bu konyukturadan qoruna bilirdi. Xəlil Rzaya gəncliyində yazdığı şeirlərə görə deyil, ömrünün sonunda apardığı mübarizəy ilə qiymət vermək lazımdır. Buna görə də düşünürəm ki, bu cür damğa vurmağa tələsmək lazım deyil. Azad Yaşar istedadlı gənclərimizdəndir. Ancaq onun bu fikri ilə razı deyiləm”.

Rövşən


Müəllif: