25 Sentyabr 2017 18:34
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsində olan əl yüklərinin içərisində gömrük nəzarətinə bəyan edilməyən 8600 ədəd "Marlboro" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: İlhamə Əbülfət