20 Oktyabr 2017 18:05
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bunu Energetiklər Günü münasibəti ilə keçirilən tədbirdə Azərenerji ASC-nin rəhbəri Etibar Pirverdiyev deyib.

Onun sözlərinə görə, ASC blokçeyn (blockchain) texnologiyalarından istifadəyə hazırlaşır: "Bizim qurumun əməkdaşları bu məsələlərə xüsusi əhəmiyyət verməlidirlər. "Azərenerji" Azərbaycanda ilk dəfə SCADA sistemini tətbiq edib".

Etibar Pirverdiyev qeyd edib ki, xarici ölkələrdə bir çox şirkətlər artıq blokçeyn texnologiyasını tətbiq edir: "Məlumdir ki, süni intellekt artıq dünya reallığıdır. Əməkdaşlarımız da bu texnologiyalarla maraqlanmalıdır".

Etibar Pirverdiyev deyib ki, Rusiya Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürmək marağındadır.

Onun sözlərinə görə, Rusiya və Gürcüstana yeni 330 kilovatlıq paralel xətt çəkiləcək: "Rusiya ilə biz paralel rejimdə çalışırıq. Düşünürəm ki, bəzi addımlar atdıqdan sonra Rusiyaya elektrik enerjisi ixracını artıra biləcəyik. Rusiya Azərbaycan üzərindən İrana elektrik enerjisi ötürməyə maraqlıdır. Bunun üçün bəzi texniki işlərin görülməsi lazımdır.

Bu gün Azərbaycan, Rusiya və İran enerji sistemlərinin paralel işləməsi texniki olaraq mümkün deyil. Bunun üçün Azərbaycan-İran sərhədində sabit cərəyan qurğusu tikilməlidir".

ASC rəhbəti qeyd edib ki, Rusiya ilə Azərbaycan arasında ikinci paralel xəttin çəkilməsi də gündəmdədir.

Etibar Pirverdiyev Strateji Yol Xəritəsi üzrə işlər aparılan işlərdən də danışıb: "Burada bəzi qanunvericilik aktları var ki, onların üzərində Energetika, Maliyyə nazirlikləri, Nazirlər Kabineti və digər qurumlarla birgə çalışırıq".


Müəllif: İlhamə Əbülfət