22 Oktyabr 2017 11:24
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın "Lancet" tibb jurnalında dərc edilən araşdırmaya görə, çirklənmə ölümlərin ən böyük səbəbidir.

Teleqraf.com xəbər verir ki, ölümlərin 92 fazi aşağı və ya orta gəlirli ölkələrdə meydana gəlib.

Araşdırmada qeyd olunub ki, Hindistan, Çin, Pakistan, Banqladeş və Madaqaskardı ölümlərin dörddə birinə çirklənmə səbəb olur. İsveç, Finlandiya və Barbados ən aşağı çirklilik dərəcələri olan ölkələr arasındadır. Çirklənmədən ötəri ən çox ölənlərin sayı 2,5 milyon adamın həyatını itirdiyi Hindistanda yaşanıb. Çində isə çirklənməyə görə, 1.8 milyon insan ölüb.


Müəllif: İlhamə