23 Noyabr 2017 18:35
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə 2017-ci il noyabrın 25-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, imtahan saat 11:00-da başlayacaq və DİM-in Nəsimi rayonunda yerləşən binasında (əvvəlki Bakı Asiya Universiteti) xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada aparılacaq.

Namizədlər imtahana buraxılış vərəqəsini 23-24 noyabr tarixlərində saat 9:00-dan 18:00-dək şəxsiyyət vəsiqəsini təqdim etməklə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin inzibati binasından götürməlidirlər.

İmtahanda iştirak etmək üçün 93 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 20 sual isə məntiqi nəticə çıxarma bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Ədliyyə Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

İmtahan 3 sааt dаvаm еdəcək.

İmtahanda iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini və şəxsiyyət vəsiqəsini mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədlərdən biri təqdim edilmədikdə namizəd imtahana buraxılmayacaq.


Müəllif: Şəfiqə