7 Avqust 2014 18:29

Gözlər qəbinin aynasıdır deyib atalar… bir də bir nəsə çox vacib bir əşyanı qorumaq lazım olanda deyiblər ki, göz bəbəyi kimi qoru… yəni gözlərə həmişə xüsusi diqqət ayrılıb və onları qorumaq lazımdır. Bə bunun üçün nələr tələb olunur?

1. Gözləri qorumaq üçün qidanın vitaminli olmasına fikir vermək lazımdır. Gözlər üçün ən çox A vitamini tələb olunur. Bundan başqa müəyyən edilmişdir ki, B, C və D vitaminlərinin çatışmaması bəzi göz xəstəlikərinə səbəb olur. D vitamini ilə uşaqlarda uzağı görmə qüsurunu müalicə edirlər.

2. Təzə cəfərini xırda – xırda doğrayıb sıyıq halına və ondan gözünüzə maska edin. Bu, gözün altındakı kölgəni yox edəcək. Cəfərini yedikdə də yaxşı təsir göstərir.

3. Ağlayandan sonra qızarmış gözlərə 3 dəqiqəliyə isti və sonra soyuq kompres qoyun. Bunu bir neçə dəfə təkrar etsəniz gözlərinizin qızartısı keçər.

4. Səhər oayandıqda gözləriniz qızarmış və şişmişsə yatdığınız otağın havasını dəyişdirin. Pambığı lasyona batırıb gözlərinizin üzərinə qoyun və ən azı 10 dəqiqə gözləyin.

5. Həftədə 3 kərə az miqdarda bitki yağında bişirilmiş kök yeyin. Kökdəki A və E vitaminləri görmə qabiliyyətini yaxşılaşdırır, gözlərə parlaqlıq gətirir. Kəpək və çovdar çörəkləri içindəki selen elementinə görə gözləri mikroblardan qoruyun.


Müəllif:
Загрузка...