15 Aprel 2014 12:30

“ASAN Könüllüləri” Təşkilatı son zamanlar gənclər arasında psixoloji gərginliklərin və özünəqəsd hallarının artmasını nəzərə alaraq psixoloji təlimlər silsiləsinə start verilib.

“Gənc beyin” adlanan bu layihədə “Bədən dili və ondan istifadə”, “Ünsiyyətdə empati hissi”, “Stress və gərginliyin aradan qaldırılması üçün gündəlik metodlar” , “Sevginin psixoloji izahı”, “İctimai aqressiya” və digər psixoloji mövzularda təlimlər keçiriləcək.

“ASAN” Xidmət Mərkəzindən redaksiyaya daxil olan məlumata görə, 50 gəncin iştirak etdiyi təlimlər, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təlimçi psixoloqları Orxan Oruczadə və Məshəti Fərəcova tərəfindən keçiriləcək.

SEVİL


Müəllif: