17 Mart 2015 14:00
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxşı olardı ki, hökumət hesabatında vətəndaşların problemlərinə biganə qalan məmumların adlarını əks etdirsin".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri bu gün parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib.

Millət vəkili fikirlərini davam etdirərək deyib: "Artur Rasizadədə məmur əxlaqı var. Bütün parlament üzvləri mənimlə razılaşar ki, o, məmurlara nümunədir. Bu gün vətəndaşların problemlərinə müsbət yanaşan məmurların sayı kifayət qədərdir. Artıq kabinet regionlara yaxınlaşır. Dövlət qurumları vətəndaşların problemlərini yerindəcə həll edirlər”.

Millət vəkili Cəlilabad-Yardımlı yolunun başa çatdırılması məsələsini də qaldırıb: “Mən eşitmişəm ki, bəxti bağlanmış qız olur, amma bəxti bağlanmış yol eşitməmişəm. Cəlilabad-Yardımlı yolu təmirə başlananda Rusiya Gürcüstana hücum etdi və bu yol yarımçıq qaldı. Yenidən təmirə başlananda dünyada iqtisadi böhran baş verdi. Xahiş edirəm, hökumət bu yolun bəxtinin açılmasına yardım etsin”.

Spiker Oqtay Əsədov isə millət vəkilnin xahişinə cavabında “Narahat olmayın, bəxti açılar” deyib.

Nemət


Müəllif: