13 İyul 2015 10:56
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul və Neftçala şəhərlərinin Baş planları təsdiq edilib.

Trend-in məlumatına əsasən, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında dərc olunan xəbərdə deyilir.

Məlumata əsasən, Hacıqabul və Neftçala şəhərlərinin Baş planları “Azıx” MMC şirkəti tərəfindən hazılanıb. Planlar şəhərlərin icra hakimiyyətlərinin başçısı tərəfindən təsdiq olunub.

Həmçinin qeyd edilib ki, iyulun 16-da isə Naftalan şəhəri İcra Hakimiyyətinin binasında şəhərin Baş planı ilə əlaqədar ictimai dinləmələr keçiriləcək.

Naftalan şəhərinin Baş planı “Renesans Studio” MMC şirkəti tərəfindən hazırlanır.


Müəllif: