16 May 2016 01:10
183

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gəncə şəhəri, Nizami rayonunda mənzildə 2 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin giriş qapısını açıb və yatmış vəziyyətdə aşkarlanmış uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:45-də başa çatıb.


Müəllif: