Samur-Abşeron kanalından meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, meyit su kanalının Xızı rayonunun Sitalçay kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb. Meyit 35-40 yaşlı qadına məxsusdur. Meyitin kimliyi araşdırılır.
Hacı Zeynalov