7 İyul 2014 11:52
525

Bakının Xətai rayonunda şirniyyat mağazasına basqın olub.

Xətai rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə X.Məmmədov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvvəllüdlü Samir Arif oğlu Hüseynova məxsus mağazaya naməlum şəxs girib. O, mağaza sahibini hədələyərək oradan spirtli içki aparıb.

Hadisəni törətmiş Bakı şəhər sakini Rəşad Hacıyev Xətai rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən tutulub.

Hacı Zeynalov


Müəllif: